2016-cı ildən etibarən dövlət ümumi təhsil müəssisələrində "Məktəblinin dostu" layihəsi fəaliyyət göstərir.
"Məktəblinin dostu"nun əsas vəzifəsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, psixoloji yardım göstərməkdir.
2023–2024-cü tədris ilindən “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib. Layihə Bakı, Abşeron və Sumqayıtla yanaşı, Gəncə, Lənkəran, Masallı, Cəlilabad şəhərlərini də əhatə edir.
Beləliklə, layihə ümumilikdə 238 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.
Qeyd edək ki, 416 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 300 əməkdaş – məktəblinin dostu çalışır.
Yeni Şərh